Saakaşvilidən SENSASİON AÇIQLAMA - Gürcüstanda acgöz oliqarx var
13-08-2018 10:59
Baxış sayı:
4900

Gürcü Arzusu Partiyası larinin ucuzlaşmasının qarşısını almaq üçün heç bir şey etmir.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.
“Larinin indiki halda ucuzlaşması Gürcü Arzusu Partiyasının iqtisadi siyasəti ilə bağlıdır. Bu partiyanın iqtisadi siyasətinin hədəfi milyarder Bidzina İvanişvilinin daha da varlanmasıdır. Gürcüstanda hökumət yoxdur, acgöz oliqarx var və bu adam valyuta kursu ilə oynayaraq pullar qazanır. Hər şeyi yalnız İvanişvilini hakimiyyətdən uzaqlaşdıraraq düzəltmək olar” – deyə o bildirib.