​Rüşvət vermədiyi üçün Qarabağ əlilini döydürən İCRA BAŞÇISI - İRADƏ GÜLMƏMMƏDOVA NECƏ “BİRİNCİ” OLDU?

Ötən həftə Zakir Fərəcov ikinci, Taleh Qaraşov isə üçüncü yeri tutub

Baxış sayı:
31237

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Ötən həftə - 08-14 may 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri "Abşeronda sensasion hadisə: Qazi evinə od vurub yandırdı: "Niyə icra başçısına pul verməliyəm?" + VİDEO'', ''ABŞERON “KRALIÇASI”NA GÖRƏ QARABAĞ ƏLILI EVINƏ OD VURDU: “BELƏ VƏTƏNDAŞLIĞA “YOX” DEYIRƏM” — VIDEO" başlıqlı 2 məqalənin 20 saytda yayılması ilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova tutur. Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci yeri “Sumqayıt şəhərində dövlət qanunları yox Zakir Fərəcovun qanunları tuğyan edir”, “Zakir Fərəcovun Novxanıda “kolon” kimi fəaliyyət göstərən“Kalyon”undan – Reportaj.”, “'Sumqayıtı tar-mar edən Zakir Fərəcov piyada yolunu da firmaya satıb – Fotolar” adlı məqalələrin 6 elektron KİV-də yayılması ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tutur. Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-ci yeri isə ''Bu rayonların icra hakimiyyətlərində maliyyə pozuntuları aşkarlanıb (SİYAHI)”, “Ən çox yeyintiyə yol verən Mingəçevir icra hakimiyyəti olub – HESABAT” adlı məqalələrin 3 elektron KİV-də yayılması ilə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tutur. Muxalifet.az