Rüşvət almaqda şübhəli bilinən müstəntiq və vəkil tutuldu
17-03-2021 17:14
Baxış sayı:
3545
Rusiya Baş İstintaq İdarəsinin Moskvadakı şöbəsi polis müstəntiqi və vəkili iri məbləğdə rüşvət aldıqları üçün tutulub.
TASS xəbər verir ki, məlumatı yerli hüquq-mühafizə orqanları yayıb.
Bildirilib ki, polis müstəntiqi və Moskva Vəkillər Palatasının vəkili Tatyana Preminina “Svoya apteka” barəsində başlayan cinayət işinin dayandırılması üçün müəssisənin rəhbərliyindən 5 mln rubl (68 530 ABŞ dolları) rüşvət tələb ediblər. Müəssisə güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir.
Vəkil 1 mln rublu, müstəntiq isə 2 mln rublu alarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulublar.