​Ruslar Cənubi Osetiya və Abxaziyanı dəstəkləyir - Sorğu

Baxış sayı:
442

Rusiyalıların 80%-i 2008-ci ildə Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin Moskva tərəfindən tanınmasının doğru qərar olduğunu hesab edir.
Muxalifet.az xəbər verir ki, bu nəticə Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb.
31% rusiyalı Rusiya-Gürcüstan münasibətlərinin normal olduğunu bildiriblər. Münasibətlərin soyuq olduğunu düşünənlərin sayı isə əhalinin 29%-ni təşkil edib.