Rusiyasız mümkün deyil – Şövkət Əziz
14-07-2018 15:25
Baxış sayı:
1795

Təhlükəsizlik sferasında nizamı Rusiyasız təmin etmək mümkün deyil.
Muxalifet.az xəbər verir ki, bunu 7-ci Qlobal Sülh Forumunda çıxışı zamanı Pakistanın keçmiş baş naziri Şövkət Əziz deyib.
“Rusiya çox illər sərf edib ki, hərbi imkanlarını və digər ölkələrlə tərəfdaşlıq əlaqələrini gücləndirə bilsin. Sizin nə fikirləşməyinizdən asılı olmayaraq, Rusiya kimi vacib oyunçu olmadan təhlükəsizlik sferasında nizamın təminatını düşünmək çox çətindir”, – deyə o bildirib.