Rusiyadan ABŞ-ın sanksiya qərarına açıqlama

Baxış sayı:
838

ABŞ Xarici İşlər Nazirliyi, Rusiyanın Salisburyde keçmiş Rus agent Sergey Skripal və qızı Mariyanın zəhərləndiyi halda kimyəvi silah istifadə etdiyi istiqamətindəki iddialarla bağlı olaraq 22 avqustda qüvvəyə minmək üçün Moskvaya yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
 
Yeni sanksiya qərarını Vaşinqtonun yeni düşmənçilik addımı kimi gördüklərini qeyd edən Zaxarova, "Söz mövzusu olan Rus tərəfinin fantaziyaları yox, cavab xarakterli tədbirləridir. Rusiya ABŞ-ın sanksiyalarına cavab verəcək. Moskvanın cavabının məzmunu, Amerikalı senatorların və siyasət lobbisinin bu dəfə nələr uydurduğundan asılı olaraq formalaşacaq" deyib.
Zaxarova, sanksiya siyasətinin Rusiyanın üstünlük verdiyi bir şey olmadığını da vurğulayıb.
 
RUSİYA BÜTÜN KİMYƏVİ SİLAHLARINI MƏHV EDİB
 
Digər tərəfdən, Rusiyanın Salisburydəki hadisəyə dahli olduğu iddialarını cavablandıran Zaxarova, ABŞ-dan fərqli olaraq, Rusiyanın inventarındakı bütün kimyəvi silahları məhv etdiyinin vurğulayıb.
Zaxarova, bu həqiqətə baxmayaraq yönəldilən ittihamların əsassız və absurd olduğunu vurğulayıb.
Müxalifət.az