​Rusiyada qəzaya uğramış "Mi-8" vertolyotunun hər iki "qara qutu"su tapıldı

Baxış sayı:
2365

Səhər saatlarında Rusiyanın Krasnoyarsk vilayətində qəzaya uğramış "Mi-8" tipli sərnişin vertolyotunun hər iki "qara qutu"su xilasedicilər tərəfindən tapılıb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, bu barədə regionun fövqəladə hallar xidmətindəki mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.
"Mi-8"in düşdüyü yerdə uçuşun parametrlərini qeydə alan cihaz və danışıqları yazan bort qurğusu tapılıb", - deyə o bildirib.