Rusiyada kütləvi həbslər
Rusiyanın Sankt-Peterburq şəhərində polis əməkdaşları qeyri-qanuni mühacirlərin axtarışı üçün kütləvi miqrasiya reydi keçirib və 20 nəfərin şəxsiyyətini müəyyənləşdiriblər.
Bu barədə Lenta.ru-ya Rusiya Daxili İşlər Nazirliyinin şəhər və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, reyd şəhərin Admiralteyski və Petrodvortsovı rayonları ərazisində həyata keçirilib. Yoxlama əcnəbilərin yaşadığı iki tikinti sahəsində aparılıb. Onlar Krasnoselskoye şossesində, 72 nömrəli evin yaxınlığında, həmçinin 8-ci Krasnoarmeyskaya küçəsində 15 nömrəli evdə yerləşən yataqxanada yerləşirlər. Polis 200-dən çox xarici vətəndaşın sənədlərini yoxlayıb.
Nəticədə immiqrasiya qanunlarını pozan 20 nəfər polis şöbəsinə gətirilib.