Rusiya İrəvana qarşı MÖVQEYİNİ DƏYİŞİR – Putin Paşinyan hökumətini cəzalandırmaqda israrlıdır - VİDEO

Baxış sayı:
6046

Son vaxtlar Rusiya ilə Ermənistan arasında sərin küləklər əsməkdədir.

Muxalifet.az xəbər verir ki, bu, xüsusən də Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra özünü açıq şəkildə büruzə verməkdədir. Hansı ki, son vaxtlar baş nazir Nikol Paşinyanın Kremlin ünvanına səsləndirdiyi üstüörtülü bəyanatlar da dediklərimizin bariz nümunəsi hesab oluna bilər.
Sözsüz ki, İrəvanda baş verən mövqe dəyişikliyi Moskvanı da öz siyasətini dəyişməyə məcbur edir. Əslində, son zamanlar bəzi nüfuzlu rus politoloqların Ermənistan rəhbərliyini sərt tənqid etməsi fonunda, Azərbaycanın ünvanına xoş fikirlər səsləndirmələri də təsadüf ola bilməz. Belə görünür ki, bir sıra ekspertlərin də iddia etdiyi kimi, Putin Rusiyası rəsmi İrəvanın təzadlı mövqeyindən sonra həqiqətən də Paşinyan hakimiyyətini cəzalandırmaqda israrlıdır.

Əslində, Rusiyada hazırlanan aşağıdakı video-rolik də artıq Moksvanın Ermənistan siyasətində müəyyən korrektələr etməyə hazırlaşdığını ortaya qoyur:

Muxalifet.az