Rusiya FTX ÜAK-a vaxt qoydu — Möhürləri təhvil verin!

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) bu yaxınlarda fəaliyyəti dayandırılan Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ayrı-ayrı üzvlərinə sorğu göndərib.
 
 “Ölkə.Az”-ın əldə etdiyi məlumata görə, sorğuda FSB Ümumrusiya Azərbaycan Konqresinin regional nümayəndələri rəhbərlərinə müraciət edərək təşkilatın möhürlərinin təhvil verilməsini tələb edib.
Müraciətdə qeyd olunur ki, yerlərdə ictimai işlə məşğul olan azərbaycanlılar, ictimai fəallar “Rusiya Federasiyasının Milli Mədəni Muxtariyyət haqqında” Sərəncamına və Nizamnaməsinə uyğun olaraq iş qurmalıdırlar.