Ruhani ABŞ-ı iqtisadi terrorçuluqda İTTİHAM ETDİ

Baxış sayı:
5182

İran prezidenti Həsən Ruhani ABŞ-ın İranla nüvə müqaviləsindən imtina eləməsini terrorçuluqla müqayisə edib.
Ruhani deyib: “Amerikanın nüvə müqaviləsindən imtina eləməsi bizim ölkəmizə qarşı yönəlmiş iqtisdi terror növlərindən biridir”.

O bildirib ki, göstərilən təzyiqlərə baxmayaraq, Tehran terrorçu qruplara qarşı durmağa davam edəcək: “Bizi boykot edən ölkələr bilməlidirlər ki, onların hərəkətləri bizim terrorçuluqla mübarizə qabiliyyətimizə heç bir təsir göstərməyəcək”./hurriyyet.org