Ərdoğandan dollar oyunçularına və faizçilərə cavab

Baxış sayı:
724

Türkiyənin prezidenti Ərdoğan faiz oyunçularına münasibət bildirərək xalqa müraciət edib.
 
MƏNİM MİLLƏTİMİN CAVAB BU OLACAQ
 
Prezident Ərdoğan dollar və faiz oyunçularına səslənərək “Dollar, mollar bizim yollarımızı kəsə bilməz, heç narahat olmayın. Buradan yenə də deyirəm, yastığının altında valyuta, qızılı olan varsa, Türk Lirəsinə çevirsin. Bu yerli və milli bir mücadilədir. Biz qarşı iqtisadi müharibə elan edənlərə mənim millətimin cavabı olacak. Bugün deyilsə, bəs nə vaxt? Yerli pulumuzla bunlara cavab verək.
 
ÖLKƏNİ DİZ ÇÖKTÜRMƏK ÜÇÜN HƏR ŞEY ETDİLƏR
 
Bizlər bu mübarizədə lazım gələrsə, yeddi qat düşmənə qarşı meydan oxumaqdan çəkinmədik. Dünyanın ən əli qanlı terror təşkilatlarına qarşı mübarizə aparmaqdan çəkinmədik, çəkinmirik. Biz yalnız Haqqa və xalqa qarşı məsul olduğumuzu bilirik. Bizim məsuliyyətimiz Hans-a deyil, Əhmədədir. Ölkəmizi diz çökdürmək üçün bu günə qədər hər şey etdilər. Qocaman Osmanlı çinarını min bir cür hiylə ilə dağıtdılar. Ölkəmiz son illərdə yenidən ulu bir çinar olma yoluna girib. Hər cür təhdid, təzyiq ssenarisi bizə vız gəlir. Millətimiz kimin onun üçün çalışdığını, kimin öz nəfsi, ehtirası üçün ortada olduğunu yaxşı bilir”.
Müxalifət.az