Ərdoğan sentyabrın sonunda Bakıya gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyin Ərdoğan bu ayın sonuna qədər Bakıya gələcək.
 
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı görüşü çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla ikitərəfli görüş zamanı deyib.
Nazir qeyd edib ki, səfərin Nyu-York BMT Baş Assambleyasının iclasından (19-25 sentyabr) sonra baş tutacağı gözlənilir.
Qeyd edək ki, hazırda Elmar Məmmədyarovla Mövlud Çavuşoğlu arasında ikitərəfli görüş keçirilir.
Görüşdə siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli məsələlər müzakirə olunacaq. Regional, beynəlxalq, həmçinin Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılacağı da planlaşdırılıb.