Ərdoğan Putinlə görüşdü: Yohannesburq qərarı verildi
14-07-2018 23:04
Baxış sayı:
1648

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, iki ölkə lideri danışıq zamanı ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edib.
Türkiyə-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsi mövzusunda qətiyyətlərini təsdiq edən liderlər enerji sahəsindəki əməkdaşlıqdan da məmnunluqlarını dilə gətiriblər. Həmçinin liderlər Suriyanın siyasi birliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün siyasi həllin sürətləndiriləcəyini bildiriblər.
Liderlər iyulun 25-27-də Yohannesburqda BRHÇS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) sammitində üz-üzə görüşmək barədə qərar qəbul ediblər.