Ərazilər belə azad ediləcək - Prezident AÇIQLADI

Baxış sayı:
5641

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyaya sanksiyalarla təzyiqin gücləndirilməsi yolu ilə Krımı qaytarmaq niyyətindədir.
UNİAN agentliyi xəbər verir ki, bu haqda dövlət başçısının özü bildirib.
O həmçinin əlavə edib ki, beynəlxalq cəmiyyət bu məsələdə Ukraynaya kömək edəcək. Poroşenko vurğulayıb ki, Krım Ukraynaya siyasi-diplomatik yolla qaytarılacaq.
Qeyd edək ki, 2014-cü ilin martında keçirilən yarımada və Sevastopol Rusiya tərəfindən ilhaq edilib. Ukrayna və Qərb ilhaqı tanımır./publika.az