​Ər arvadını avtomobilə mindirib diri-diri yandırdı - QANDONDURAN VİDEO

Avtomagistral yolda arvadını döyüb maşının içərisinə qoyan kişi onu diri-diri yandırdıqdan sonra yoldan keçən taksiyə oturaraq hadisə yerindən uzaqlaşıb.
Muxalifet.az xəbər verir ki, dəhşətli cinayət hadisəsi Nyu-Yorkda baş verib. Kənardan keçən hadisə şahidləri insidenti anbaan lentə alaraq, sosial şəbəkələrə yükləyiblər. Nyu-York polisi cinayəti törədənin kimliyini müəyyənləşdirməyə çalışır.
Hadisə yerinə gələn yanğınsöndürən briqada qadının yanmış cəsədini maşından çıxarıb. Cəsəd ekspertiza üçün xəstəxanaya göndərilib.
Həmin görüntüləri təqdim edirik: