Qucaqlamağa qoymayan arvadını ÖLDÜRMƏK İSTƏDİ: Parkda 5 dəfə... - FOTO

İzmirdə boşanmaq istəyən həyat yoldaşı 36 yaşlı Fatma Ö.-nü bıçaqlayaraq yaraladığı iddiasıyla saxlanılan şəxsin məhkəməsi keçirilib.
Milli.Az DHA-ya istinadən xəbər verir ki, ilk prosesdə təqsirli bilinən 45 yaşlı Ümit Ö. ifadəsi zamanı "O anda şüurumu itirdim, harasına gəldi vurdum" deyib. Məhkəmə Ümitin sərbəst buraxılması barədə qərar verib.
Ümit 8 ildir evli olduğu və ondan boşanmaq istəyən arvadı Fatma Ö. ilə danışmaq istədiyini deyib. Bir müddətdir ayrı yaşayan cütlük parkda görüşüblər. Ümit Ö., barışma təklifi olaraq Fatmanı qucaqlamaq istədiyini bildirib. Təklifi rədd edən və onu qucaqlamaq istəyən ərinə mane olan Fatma Ö., bir anda Ümit Ö.-nin cibindən çıxardığı bıçaq zərbələrinə məruz qalıb. Vücuduna 5 bıçaq zərbəsi tuş gələn qadın, xəstəxanaya çatdırılıb. Qadının həyatın xilas etmək mümkün olub.