​Qaradağda avtobus yolu keçən piyadanı vuraraq ÖLDÜRDÜ

Baxış sayı:
2606

Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yolu keçən piyadanı avtobus vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məluamata görə, yanvarın 1-də saat 20 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Astara rayon sakini Əhəd Abbasov idarə etdiyi “Mercedes” markalı avtobusla yolu keçən 40-45 yaşlı kişini vurub.
Nəticədə həmin şəxs hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./report.az/