"Qarabağ" rəqibini darmadağın etdi: 6-0...
1-04-2019 20:56
Baxış sayı:
8659

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun son oyunu baş tutub.
Muxalifet.az xəbər verir ki, "Qarabağ" "Sumqayıt"a 6 cavabsız qolla qalib gəlib.
"Qarabağ" hər hissədə 3 top vuraraq 6:0 hesabı ilə qalib gəlib. Hesabı 17-ci dəqiqədə Dani Kintana açıb. 20 və 40-cı dəqiqələrdə Mahir Mədətov fərqlənərək "dubl" edib.
Darmadağına 50-ci dəqiqədə Filip Ozobiç qoşulub. Oyunda son sözü isə 78 və 84-cü dəqiqələrdə Abdullah Zubir deyib.
Bu qələbə sayəsində xallarını 48-ə çatdıran "Qarabağ" "Neftçi"nin liderliyinə şərik olub.