“Qarabağ” azarkeşlərini məyus etdi - KOMANDAMIZ “SEVİLYA”YA 3 TOP FƏRQİ İLƏ UDUZDU

Baxış sayı:
9705

UEFA Avropa Liqasında 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən “Qarabağ” - “Sevilya” oyunu başa çatıb. Qeyd edək ki, ilk hissədə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab açılmayıb. Fasilədən sonra qonaqlar üç dəfə fərqlənərək görüşü böyük hesablı qələbə ilə başa vurublar. Qeyd edək ki, "Qarabağ" qrup mərhələsindəki növbəti matçını səfərdə keçirəcək. Ağdam təmsilçisi oktyabrın 3-də Lüksemburqda "Düdelanj"ın qonağı olacaq. * * *22:38 UEFA Avropa Liqasında qrup mərhələsinin I turunda keçirilən "Qarabağ" - "Sevilya" (İspaniya) matçında hesab 0-3 olub. Əvvəlcə 78-ci dəqiqədə rəqibin heyətində Munir qapıçı Asmir Beqoviçlə təkbətək dueldən qalib ayrılıb. 85-ci dəqiqədə isə Oliver Torres 3-cü qolu qapımızdan keçirib: 0 -3 * * *22:17 62-ci dəqiqədə "Sevilya"nın oyunçusu J.Hernandez cərimə zərbəsindən hesabı açıb: 0 – 1. "Sevilya" futbolçuları künc bayrağının yanında bu qol sevincini bayram edərkən onlara plastik butulkalar atılıb. * * *21:56 UEFA Avropa Liqasında 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən “Qarabağ” - “Sevilya” oyununun ikinci hissəsi başlayıb. İlk hissədə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab açılmayıb. * * *21:15 UEFA Avropa Liqasında qrup mərhələsinin I turu çərçivəsində "Qarabağ"-"Sevilya" (İspaniya) komandalarının oyunu başlayıb. Hazırda oyunun 1-ci hissəsinin 20 dəqiqəsi arxada qalıb. Hələlik hesab açılmayıb-0:0. * * *19:50 "Qarabağ" və "Sevilya" (İspaniya) komandalarının UEFA Avropa Liqasında qrup mərhələsinin I tur oyunu üçün start heyətləri açıqlanıb. Komandalar aşağıdakı "11-lik"lə çıxacaqlar: "Qarabağ": 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov. 99. Maqaye Qeye "Sevilya": 1. Tomaş Vatslik, 11. Munir, 12 Jyul Kunde, 14. Xavyer Ernandes, 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero (k), 20. Dieqo Karlos , 21. Oliver Torres, 22, Franko Vaskes, 24. Joan Jordan Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq. * * *11:41 Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün qrup mərhələsində ilk oyununu keçirəcək. Virtualaz.org bildirir ki, rəqib İspaniyanın “Sevilya” klubudur. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:55-də start götürəcək. Qarşılaşmanı Yevgeni Aranovskinin başçılıq etdiyi ukraynalı hakimlər briqadası idarə edəcək. Xatırladaq ki, “Qarabağ” 5-ci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Lakin Qurban Qurbanovun yetirmələri indiyədək növbəti mərhələyə adlaya bilməyiblər. “Sevilya” isə UEFA Avropa Liqası turnirinin rekordçusudur. Andalusiya təmsilçisi UEFA Avropa Liqasını 6-cı dəfə qazanmaq istəyir.