"Qalatasaray” azarkeşlərinə şad xəbər – O qayıdır

Baxış sayı:
8956

Zədə səbəbi ilə bir müddətdir ki, yaşıl meydanlardan uzaq düşən “Qalatasaray"ın ulduz futbolçusu Radamel Falkao zədəsini sağaldıb.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılar”ın baş məşqçisi Fatih Terim bu haqda bu barədə məlumat veriib. Kolumbiyalı hücumçu ilə görüşən təcrübəli mütəxəssis futbolçunun “Real”la (İspaniya) oyunda iştirak edə biləcəyini söyləyib.

Falkaonun bu həftə Super Liqada "Çaykur Rizəspor"la keçiriləcək matçda da iştirakj etmə şansı var. Lakin yekun qərar oyun günü veriləcək.

Xatırladaq ki, Madrid “Real”ı ilə ev oyununu zədə səbəbindən buraxan 33 yaşlı futbolçunun komandası 0:1 hesabı ilə məğlub olub.