​"Putinlə Ərdoğan dollardan danışdı, ABŞ təlaşa düşdü"

Baxış sayı:
4180

Türkiyə Rusiya kimi dollar sistemindən çıxmaq məcburiyyətindədir.
Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Yaxın Şərq üzrə eksperti İsrail Şamir çıxış edib.
Türkiyə lirəsinə tətbiq edilən əlavə vergilərin ciddi şəkildə təsir etdiyini deyən Şamir ABŞ-ın özünü hər kəsdən üstün saydığını söyləyib.
"ABŞ ilə mübahisə etmək çətindir, lakin bunu etmək lazımdır. Türkiyə Rusiya kimi dollar sistemindən çıxmaq məcburiyyətindədir. Türklər təslim olmur. Ərdoğanla Putin telefon danışığı apardı. Müzakirə edilən məsələ qarşılıqlı bütün hesabların dollardan çıxarılaraq milli valyutalara keçirilməsi oldu. Bəlkə də başqa məsələlər də müzakirə edildi, ancaq istənilən halda ABŞ siyasətçiləri təlaşa düşdü", - Şamir qeyd edib.