Putin Baydeni canlı efirdə debata çağırdı
18-03-2021 21:53
Baxış sayı:
1345

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Baydenə müzakirələrin birbaşa efirdə - canlı olaraq davam etdirilməsini təklif edib.
V.Putin bunu "Rossiya 24" telekanalının efirində deyib.
Rusiya lideri bildirib: "Elə indi bir şey barədə düşündüm. Keçən dəfə telefon danışığı təşəbbüsü Prezident Baydendən gəldi. Mən Prezident Baydenə müzakirələrimizi davam etdirməyi təklif etmək istəyirəm, amma bir şərtlə: biz bunu canlı yayımda edəcəyik, necə deyərlər, onlayn. Heç bir gecikmə olmadan, amma birbaşa açıq diskussiyada. Mənə elə gəlir ki, bu həm Rusiya xalqı, həm ABŞ xalqı, həm də bir çox digər ölkələr üçün maraqlı olardı".