Prezidentdən 102 polisə xəbərdarlıq: “Yoxsa sizi özüm öldürəcəyəm”

Baxış sayı:
8335

Filippin prezidenti Rodriqo Duterte müxtəlif cinayətlər törətməkdən ittiham edilən 102 polis qarşısında çıxış edib.

TRT xəbər verir ki, o, yenidən cinayət törədəcəkləri təqdirdə, onları özü öldürəcəyi barədədə polislərə xəbərdarlıq verib:

“Əgər belə davam etsəniz, sizi öldürəcəyəm. Bundan sonra sizi xüsusi bir qrup izləyəcək. Ən kiçik səhvinizdə öldürülməyiniz üçün təlimat verəcəyəm”.

Duterte polislәrin ailәlәrinә dә müraciәt edәrək bunları deyib:

“Bu polislәr ölsә, bizә etiraz etmәyin. Çünki mәn xәbәrdarlığımı etdim”.

Qeyd edәk ki, hәmin polislәr korrupsiya, tәcavüz, narkotik ticarәti kimi cinayәtlәrdә ittiham olunurlar.