Pompeodan “Türkiyə” sualına cavab! Üzüldük, amma təəccüblənmədim..
27-03-2019 08:12
Baxış sayı:
8482

ABŞ-ın xarici işlər naziri Mayk Pompeo, 'Türkiyə, Birləşmiş Millətlər Təşkilatının və Kanadanın “Golan Təpələri” qərarına təpki göstərməsini necə qəbul edirsiniz' sualına, "Üzüldüm, amma təəccüblənmədim" deyə cavab verib.
Pompeo sualın davamına bu sözlərlə cavab verib:
"Biz səfirliyimizi Yerusəlimə köçürmə qərarı aldığımız zamanı da xatırlayıram. Hər bir mövzuda sahədəki gerçəkləri əsas götürürük və digər ölkələrin də bizə qoşularaq bu vəziyyətin önəmini anlamasına ümid edirik. Bu bəhs etdiyiniz bir ovuc ölkəylə danışıqlarımız davam edəcək”.
Pompeo, "Güclü ölkələr beynəlxalq hüquqa baxmayaraq torpaqları ala bilərlər" sualına isə "Qəti olaraq yox, amma bu çox xüsusi bir vəziyyətdir, İsrail özünü müdafiə edir" deyə cavab verib.
Müxalifət.az