Pompeodan 3 ölkəyə antiİran səfəri!

Baxış sayı:
4681

 ABŞ-ın xarici işlər naziri Mayk Pompeo Küveyt, İsrail və Livana səfər edərək ikitərəfli əlaqələr, birgə iş sahələri ilə İran məsələsini müzakirə edəcək.
 
ABŞın Xarici İşlər Nazirliyindən edilən yazılı açıqlamada, Pompeonun 19-23 martda Küveyt, İsrail və Livanı ziyarət edəcəyi bildirilib.
Pompeonun həmin ölkə rəsmiləri ilə görüşlər keçirəcəyi, İsraildə Yunan və Cənubi Kiprli rəsmiləri ilə də bir araya gələcəyi qeyd edilib.
Açıqlamada, "Nazir regional sabitliyin bərqərar olması, təhlükəsizlik və iqtisadi iş birliyinin, eyni zamanda İran rejiminin zərərli fəaliyyətlərinə qarşı birgə fəaliyyət məsələlərini də müzakirə edəcək" İfadələrinə yer verilib.
Küveyt, İsrail və Livanın "bölgənin təhlükəsizlik, sabitlik və iqtisadi rifahı üçün həlledici əhəmiyyətə malik ölkələr" adlandırıldığı açıqlamada, ABŞ-ın bu ölkələr ilə olan əlaqələrini gücləndirməkdə qərarlı olduğu vurğulanıb.
 Müxalifət.az