​POLİS ZABİTİNƏ QARŞI ŞOK İDDİA – “Azyaşlı uşaqlarımın gözü qarşısında həyat yoldaşımı…”

Baxış sayı:
6115

Ucar rayonu, Küçəkənd kənd sakini Vəliyev Varis Yusif oğlu tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab Nazir!

Bu şikayət ərizəmdə Sizə bildirirəm ki, Ucar Rayon Polis Şöbəsinin zabit əməkdaşı Oktay Yolçuyevin əxlaqsız hərəkətlərinə görə mənim ailəm dağılmışdır.
Belə ki, mən Vəliyeva Tünzalə Qurban qızı ilə 2005-ci il tarixdə ailə həyatı qurmuşam. Birgə nigahdan 4 uşağmız dünyaya gəlib. Hər il mövsümü işlə əlaqədar Rusiyaya gedib, alver edib evimə qayıdırdım.
Mən Rusiyada olan zaman Ucar Rayon Polis Şöbəsinin əməkdaşı Oktay Yolçuyev vəzifəsindən sui-istifadə edərək mənim evimə daxil olub, azyaşlı uşaqların gözü qarşısında həyat yoldaşıma qarşı əxlaqsızlıq edib, spirtli içki qəbul edib, intim münasibtə giriblər.
Polis zabiti Oktay Yolçuyev belə əxlaqsız hərəkətləri mənim evimdə azyaşlı uşaqlarımın gözü qarşısında bir neçə dəfə təkrar edib. Bunu azyaşlı uşaqlarım görüblər, təsdiq edirlər.
Oktay Yolçuyevin bu hərəkətləri polis adına yaraşmayan cinayət əməli hesab olunur. Azyaşlı uşaqların gözü qarşısında polis zabitinin əxlaqsızlıq etməsi dövlət və polis adına ləkədir.
Oktay Yolçuyevin belə əxlaqsız hərəkətlərinə görə, həyat yoldaşım 4 azyaşlı uşağım baxımsız qoyaraq, evdən çıxıb getmişdir. Artıq bir neçə aydır ki, həyat yoldaşımdan ayrılmışam, azyaşlı uşaqlarımın qayğısına özüm qalıram.
Cənab Nazir!
Sizdən çox-çox xahiş edirəm, şikayət ərizəmi obyektiv araşdırıb, azyaşlı uşaqlarımı dinləyib, subutlara baxıb, mənim evimdə azyaşlı uşaqların gözü qarşısında əxlaqsızlıq edən Ucar RPŞ-nin zabit əməkdaşı Oktay Yolçuyevin barəsində qanuni və ciddi tədbirlər görəsiniz”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.