“PKK Sincardan zorla çıxarılmalıdır” – İraqlı deputat

Baxış sayı:
5659

İraq Məclisinin Mosuldan olan millət vəkili Şirvan Duberdani terror təşkilatı PKK-nın Mosulun Sincar rayonundan çıxarmanın yeganə yolunun güc istifadə etmək olduğunu bildirib.
 
 Məclisdəki Sincar məsələləri üzrə komissiyanın sədri olan Duberdani, Anadolu Agentliyinə verdiyi açıqlamada, komissiya olaraq PKK-nın Sincardan çıxarılmasını da ehtiva edən 30 maddəlik hesabat hazırladıqlarını deyib.
Terror təşkilatının Sincarı işğal edərək bölgədə öz məqsədi istiqamətində fəaliyyət göstərdiyini ifadə edən Duberdani, "PKK-nın Sincardaki varlığını tam olaraq bilmirik, ancaq əldə etdiyimiz məlumata görə, min hərbçi ilə onlarla düşərgə və tuneli var. Düşərgələrdə PKK sıralarına qoşulanlar təlim keçir" deyib.
Məsud Bərzani rəhbərliyindəki Kürdüstan Demokrat Partiyasından olan deputat Duberdani, "İraq hökumətinin göstərişi və koalisiya qüvvələri ilə İraq Kürd Regional Rəhbərliyi (IKBY) hökumətinin əməkdaşlığı ilə PKK-nın Sincardan çıxarmanın yeganə yolu güc istifadə etməkdir" deyib.
Təşkilatın Sincardan çıxarılması üçün İraq məclisində 68 imza topladıqlarını bildirən Duberdani, Məclisin gələcək iclasında məsələnin gündəmə gələ biləcəyini qeyd edib.
 Müxalifət.az