Pentaqondan açıqlama: Türklərlə birgə...

Baxış sayı:
4336

“Wall Street Journal” qəzetinin ABŞ-ın Suriyada min əsgər saxlama planına dair xəbəri ilə bağlı bir suala Pentaqonun rəhbəri Şanahan, "Türklərlə yaxından işləyirik. Onlar strateji tərəfdaşdır. Daha da əhəmiyyətlisi Suriyada qüvvələrimizi azaltma planımız işləyir. Baş qərargah rəisi (Cozef) Dunfordun açıqlamasını gördünüz. Detallar mövzusunda İŞİD ilə mübarizə koalisiyası tərəfdaşlarımız ilə yaxın əməkdaşlıq içindəyik" cavabını verib.
 
“ABŞ Fransaya Suriyada saxlanacaq Amerika qüvvələrinin kifayət sayda olacağı və kifayət qədər uzun müddət orada qalacaqları barədə təminat verirmi” sualına isə Şanahan, Fransız həmkarı ilə görüşündə bu məsələləri müzakirə edəcəklərini dilə gətirib.
Fransız nazir Parly isə Fransanın hələ ki, Suriyada əsgər buraxma qərarı qəbul etmədiyinə dair suala cavab verməkdən qaçaraq bugünkü iclasda bu barədə cavab gözləyən bir çox sualın müzakirə olunacağını deyib.
Görüşlə bağlı Anadolu Agentliyinə açıqlama verən bir Pentaqon rəsmisi, Parlynin ABŞ-ın Avropa ölkələrinə Suriyaya əsgər göndərmə təklifini dəyərləndirmək üçün Vaşinqtona gəldiyini söyləyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dekabrda Suriyadan tamamilə çəkiləcəkləri ilə bağlı açıqlama vermişdi.
 ABŞ rəhbərliyi Trampın bu qərarından bir müddət sonra ABŞ-ın ölkədə kiçik bir müşahidə gücü buraxacağını açıqlamışdı.
Əvvəl Suriyada qalacaq ABŞ əsgərlərinin sayının 200-ə yaxın olacağı iddia edilmişdi, daha sonra bu rəqəm ABŞ qüvvələri tərəfindən bir neçə yüz olaraq açıqlanmışdı.
Srağagün isə Amerikanın “Wall Street Journal” qəzeti Tramp rəhbərliyinin Suriyada min əsgər buraxmağa hazırlaşdığını bildirmişdi.
ABŞ baş qərargah rəisi Cozef Dunford isə xəbəri təkzib etmiş və Türkiyənin təhlükəsizlik qayğıları barədə Türkiyə Baş Qərargahı ilə geniş bir plan üzərində işlədiklərini açıqlamışdı.
Müxalifət.az