Paşinyan və Putin Köçəryanın işini müzakirə ediblər

Baxış sayı:
2701

Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin sentyabrın 8-də Moskvada keçirilmiş görüşdə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın məsələsini müzakirə ediblər.

Virtualaz.org Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu Nikol Paşinyan “Tavuş naminə mənim addımım” investisiya konfransından sonra jurnalistlərlə söhbətində deyib.

Görüşdə Köçəryanın məsələsinin müzakirə olunub-olunmaması barədə sualı Paşinyan belə cavablandırıb: “Qarşılıqlı maraq doğuran bütün məsələlər müzakirə olunub”. Lakin təfərrüatlar açıqlanmayıb.