Paşinyan Qarabağ klanını məhv edir: Ohanyan da həbs edilir
4-08-2018 12:35
Baxış sayı:
3418

Ermənistan Baş nazirinin keçmiş müavini Armen Gevorkyana qarşı ittiham irəli sürülüb.
Muxalifet.az axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistan “İctimai” televiziyasına açıqlamasında Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçaturyan deyib. Onun sözlərinə görə, Gevorkyan 1 mart qırğınlarında iştirakda ittiham edilir.
Gevorkyanla bərabər Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyana qarşı da ittiham irəli sürülüb.
Qeyd edək ki, Gevorkyan 1 mart qırğınları zamanı Milli Təhlükəsizlik Şurasının rəhbəri olub. O, hazırda “Ardşinbank”a rəhbərlik edir.