Paşinyan Putinə zəng etdi
16-08-2018 16:46
Baxış sayı:
2065
Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng edib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, telefon danışığı zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində ümumi maraqlar müzakirə edilib.
Danışıqlar barəsində verilən açıqlamada həmçinin gündəliyin ikitərəfli bəzi aktual məsələlərinin də müzakirə olunduğu qeyd edilir.