​Pakistanda mitinq meydanında partlayış oldu - 4 nəfər ölüb, çox sayda yaralı var

Baxış sayı:
2740

Pakistanda seçki qabağı mitinq keçirilən ərazidə törədilən partlayış nəticəsində 4 nəfər ölüb, azı 31 nəfər yaralanıb.
Muxalifet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin qərbində yerləşən Heybər-Paxtunxva əyalətinin Bannu şəhərində baş verib.
Partlayış “Müttəhid Məclis-e-Amal” Alyansının lideri Ahram Xan Durraninin tərəfdarlarının mitinq keçirdiyi ərazidə olub. O, iyulun 25-də keçiriləcək parlament seçkilərində namizəd olaraq, iştirak edir.
Hadisə yerinə 40-dan çox poliz əməkdaşı cəlb edilib.
Ahram Xan Durrani bildirib ki, bu ona qarşı 5 hücumdur: “Polis mənə hücum təhlükəsi barədə məlumat vermişdi. Bu hücum nəticəsində avtomobilim məhv olub”.