Orxan Camalın qətli ilə bağlı yayılan xəbərlərə - Rəsmi münasibət

Baxış sayı:
4069

Rusiya əsgərləri Mərkəzi Afrika Respublikasında yalnız təlim vermək məqsədilə xidmət edirlər.
Muxalifet.az xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.
Bu ölkədə öldürülən 3 jurnalistlə bağlı yayılan xəbərlərdən danışan Zaxarova Rusiya əsgərlərinin MAR-da silahlı münaqişələrdə iştirak etmədiyini, rus əsgərlərin sözügedən ölkədə qanuni fəaliyyət göstərdiyini vurğulayıb:
"Rusiyanın hərbi dəstəyi beynəlxalq cəmiyyətin MAR-ın hərbi bazasını gücləndirməyə yönəlmiş birgə səyləri çərçivəsində göstərilir. Bu informasiyanın bu qədər kobud şəkildə təhrif edilməsinin səbəbini anlaya bilmirik".
Qeyd edək ki, Orxan Camal və digər iki rusiyalı jurnalist iyulun 30-da Mərkəzi Afrika Respublikasında qətlə yetiriliblər. Onlar MAR-a Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin muzdluları haqqında xüsusi reportaj üçün gediblər. Bəzi rusiyalı politoloqların iddiasına görə, hər üç jurnalisti “Vaqner”in muzdluları öldürüb.