​“Oba Market”dən saxta tarixli yumurtalarla bağlı AÇIQLAMA

Baxış sayı:
7291

Xəbər verdiyimiz kimi, martın 13-də "OBA” marketlər şəbəkəsində üzərində 15.03.19-cu il tarixi göstərilmiş yumurtalar satışa çıxarılıb.
Həmin yumurtaların Yasamal rayonu ərazisində yerləşən "Oba Market”lərdən birində satıldığı məlum olub. 
"OBA”  marketlər şəbəkəsindən məsələ ilə bağlı Medicina.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şirkət faktla bağlı araşdırma başladıb və araşdırmanın yekununda geniş açıqlama veriləcək.