“Növbəti “əhmədlərin” qurbanı olmaq istəmirik” – SUMQAYIT SAKİNLƏRİNDƏN ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT
Sumqayıt şəhər, 30-cu məhəllə, 2A/15 saylı binanın sakinləri adından Cəlilov Fətəli Şahgəldi oğlu redaksiyamıza müraciət edib. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazir Əli Əsədova, Ombudsma Səbinə Əliyevaya, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova, eləcə də “Heydər Əliyev Fondu”-nun vitse-prezidenti Leyla Əliyevaya müraciət edən şikayətçilər yazırlar:
“Sumqayıt şəhər, 30-cu məhəllə, 2A/15 saylı binanın sakinləri təşviş və qorxu içində yaşayırıq. 4 mərtəbəli binanın 2-ci blokunun IV mərtəbəsində 16-cı mənzidə yaşayan vəhhabi təriqətli Yaşar adlı şəxs yaşadığı mənzilin eyvanına çıxaraq, dövlət başçısmızın ünvanına nalayiq ifadələr işlədir, dövlətimizin adını ləkələyən küçə söyüşləri söyür. Daha sonra mənzilindən çıxan zibil tullantılarını, şüşə bankaları eyvandan aşağı atır.
Bina sakinləri həmin blokun qarşısından keçməyə ehtiyat edir. Deyilənlərə görə, bu şəxsin bacısı Məmədova Dilşad Ramil qızı AZ TV-də jurnalistdir. Dövlət başçımızın və dövlətimizin adına nalayiq ifadələr işlədən vəhhabi təriqətli bu insanın jurnalist bacısı olanlara “tamaşa” edir.
Bizim həyətdə oynayan azyaşlı övladlarımız var. Onun qorxusundan uşaqlar həyətə çıxa bilmir ki, eyvandan onların üzərinə nəsə atacaq.
Bu şəxsin nalayiq əməlləri barədə MİS-ə müraciət etsək də, tədbir görən yoxdur. MİS-in işçiləri blokun qarşısını təmizləməyə qorxurlar ki, eyvandan nəsə atar. “Xəstədir, müalicə almalıdır”, - deməklə kifayətlənirlər. Həkimlər də müalicə etmir ki, bu şəxsin yiyəsi yoxdur. Bacısı yaxasını kənara çəkib dövlət başçımızın, dövlətimizin ünvanına deyilən təhqiramiz ifadələri görməzdən gəlir.
Xahiş edirik, bu şəxs xəstədirsə müalicə olunsun, sağlamdırsa hüquq mühafizə orqanları barəsində tədbir görsün. Növbəti “xəstə” “Əhmədlərin” qurbanı olmaq istəmirik.
Öncədən Sizlərə minnətdarıq”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.