Donald Trampın illik gəlirləri ortaya çıxdı!

Ağ Ev Donald Trampın 2018-ci il üçün gəlir bildirişini açıqlayıb və ABŞ liderinin keçən il 434 milyon dollar gəlir əldə etdiyini bəyan edib.
Ağ Ev paylaşdığı sənəddə Trampın "Tramp International Hotel"-dən Vaşinqtonda 40,8 milyon ABŞ dolları əldə etdiyini vurğulayıb. Trampın Floridada “Mar-a-Lago” Otelindən keçən il 22.7 milyon dollar gəlir əldə etdiyi də sənəddə yer alıb.
Qeyd edək ki, Trampun gəlirləri əvvəlki ilə nisbətən təxminən 15 milyon dollar azalıb.
Donald Tramp 2017-ci ildəki gəlir hesabatının 450 milyon dollar dəyərində olduğunu elan etmişdi.
Ən az 315 MİLYON BORC
Ağ Evin paylaşdığı sənədində təəccüblü olan bir məlumat da Trampın borcunun olması ilə bağlıdır. ABŞ prezidentinin ən azı 315 milyon dollar borcu olduğu aşkar edilərkən, 5 qələm borcun "50 milyon dollar və daha artıq" olması borcun faktiki məbləğini hesablamağı mümkünsüz edir.
Tramp-in gəlir hesabatında vergi ödəyicisi deklarasiyalarının verilməməsi ilə əlaqədar müzakirələrin təkrar alovlanmasına səbəb olub.
Nümayəndələr Məclisindəki Demokratlar ABŞ prezidentinə 6 illik vergi bəyannamələrini cümə günü Kongres ilə paylaşmaq üçün vaxt verib.
Vəzifəyə gəldikdən sonra Tramp özünün prezidentlik konvensiyalarına zidd olaraq öz kommersiya maraqlarından əl çəkməmiş, lakin şirkətlərinin idarəsini oğulları Donald Trump Jr və Eric Trampa vermişdi.
Müxalifət.az