İran səfirindən kritik açıqlama

Baxış sayı:
15361

İran neftində 8 ölkəyə nəzərdə tutulan güzəştlərin ləğv olmasından sonra Tehranın necə davranacağı maraq edilir.
 
 Məsələ ilə bağlı açıqlama verən İranın Ankaradakı səfiri Muhammad Farazmand "Qəti budur ki, neft ixracına davam edəcəyik, ABŞ-ın mövqeyini nəzərə almayacağıq, neft ixracında qonşularımızla başqa yollar tapmağa çalışacağıq" deyib.
Səfir Farazmand “Türkiyə ilə bu məsələni necə həll edəcəksiniz” sualına, "Aİ ilə qurulan INSTEX mexanizmi ola bilər, ya da bu vəziyyətdən xilas yolu kimi yerli valyutalarla ticarət ola bilər” cavabını verib.
Qeyd edək ki, ABŞ İrana tətbiq etdiyi sanksiyalarda Türkiyə daxil olmaqla, 8 ölkəyə verdiyi sərbəstliyi ləğv etdiyini bildirmişdi.
Müxalifət.az