Ərdoğandan “dollar basqısı” açıqlaması
10-05-2019 11:47
Baxış sayı:
13900

Türkiyədə Ali Seçki Şurasının İstanbul seçkilərini ləğv etmək qərarını açıqlamasından sonra valyuta məzənnələri yenidən yüksəlişə keçib.
Dollar 6,24 lirəyə qədər yüksəlirkən, avro da 7 lirəyə qədər qalxıb.
Bazardakı dalğalanmalara münasibət bildirən prezident Rəcəb Tayyib Ərdoğan bu sözləri deyib:
"Türkiyəni başqa cür dayandıra bilməyəcəklərini görənlər ümid yerimizə, ruhumuza, hədəflərimizə çatmaq inancımıza hücum edirlər. Sələmi və inflyasiyaya təkan verən valyuta əməliyyatlarının arxasındakı ən böyük məqsəd budur. Valyuta məzənnəsini hərəkətə gətirənlər, sabitlik və etimad iqlimini zədələyərək millətimizi ətalətə sürükləmə istəyirlər".
Müxalifət.az