Deputata silahlı HÜCUM: Vəziyyəti ağırdı - FOTO
10-05-2019 09:14
Baxış sayı:
12502

Argentinada naməlum şəxslər deputat Ektor Olivaresi Konqres binası yaxınlığında güllələyiblər. Deputatın yanındakı şəxs ölüb, özü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, əməliyyata alınıb.
Hücum edən şəxslər atəş açdıqdan sonra hadisə yerindən qaçıblar. Qeyd edilir ki, Olivares bu günlərdə futbol xuliqanları ilə mübarizə haqqında qanunun müzakirəsində iştirak edib.