Türkiyənin ən böyük çadır şəhərciyi boşaldılır
7-05-2019 19:09
Baxış sayı:
5692
Türkiyənin ən böyük çadır şəhərciyi sayılan Suruç Çadır Şəhəri Müvəqqəti Sığınacaq Mərkəzi boşaldılacaq.
Muxalifet.az xəbər verir ki, suriyalı qaçqınların məskunlaşdığı çadır şəhərciyi AFAD-ın koordinasiyası ilə qurulmuşdu.
35 min suriyalının yerləşdiyi düşərgə 21 iyun tarixinə qədər tamamilə boşaldılacaq.
Bu qərarın hansı səbəbdən verildiyi məlum deyil.