Ərdoğandan NATO-ya tarixi çağırış

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan NATO Şurasının iclasında NATO-ya Şərqi Aralıq dənizi məsələsi ilə bağlı müraciət edib. Ərdoğan S-400 məsələsi ilə bağlı da qısa bir açıqlama verib.
Ankarada keçirilən NATO Şurasının İclasında çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan, NATO-ya müraciət edərək, "Türkiyənin və Şimali Kiprin Şərq Aralıq dənizindəki qanuni haqları da müzakirə oluna bilməz. NATO-nun bizə gərginliklərin qarşısını almaq üçün dəstək olmasını gözləyirik. Ölkəmizin bəzi sahələrdə fərqli fikirləri ola bilər. Ancaq ortaq təhdidlərlə yanaşı, ardıcıl şəkildə mübarizə aparmaq bu ittifaqın əsas şərtidir. Burada baş verən çatışmazlıqlar ən böyük zərəri ittifaqımıza, ittifaqın etibarına verəcək" deyib.
S-400 MƏSƏLƏSİ
“Türkiyənin müxtəlif ölkə və regionlarla inkişaf etdirdiyi əlaqələr bir-birinin alternativi deyil, tamamlanmasıdır. S-400-lər məsələsi üzündən belə mübahisənin alovlandırılmağa çalışılmasını qəbul etmirik. Mövqeyimiz haqqında fərziyyələr irəli sürmək, bizi, tariximizi və coğrafi mövqeyimizi anlamamaqdır. Mədəniyyətin beşiyi olaraq gördüyümüz Aralıq dənizi hövzəsinin sülh içində olmasına əhəmiyyət veririk.
İttifaqın cənub-şərq istiqamətindəki Ağdənizli bir ölkə olan Türkiyə üçün, tərəfdaşlarımız eyni zamanda qurum qonşularımızdır. Üzərimizə düşəni etməyə davam edəcək, yeni ideyalar inkişaf etdirmək səyi içində olacağıq. Qısa müddətli hesablardan çox, orta və uzunmüddətli maraqlarımıza yönələrək NATO-nu daha da gücləndirəcəyimizə inanıram”.
Müxalifət.az