“Zelenski hələlik müqəddəslər səviyyəsinə yüksəlməyib ki, hansısa qismdə qarşısına çıxım" - PUTİN
28-04-2019 11:37
Baxış sayı:
2782

Rusiya prezidenti Vladimir Putin "Ukraynanın yeni seçilmiş prezidentiVladimir Zelenskinin qarşısına çıxarkən nədən danışacaqsınız?" sualına cavab verib.
Muxalifet.az oxu.az-a istinadən bildirir ki, Putin belə bir görüşün baş tutacağı halda ilk növbədə Ukraynanın cənub-şərqindəki münaqişənin həlli yollarının müzakirə edilməli olduğunu bildirib.
"Bilirsiniz, Vladimir Zelenski hələlik müqəddəslər səviyyəsinə yüksəlməyib, o, Tanrı deyil. Çətin ki, mən onun qarşısına hansısa qismdə çıxım", - deyə o vurğulayıb.