Fransada daha bir güclü yanğın: Versalda...
23-04-2019 21:33
Baxış sayı:
12718
Fransanın Versal şəhərində güclü yanğın başlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Tvitter istifadəçiləri məlumat yayır.
Yanğının məşhur saray və park kompleksinin yaxınlığında yerləşən avtomobil mağazasında baş verdiyi deyilir.
Olay zamanı xəsarət alan yoxdur. Hazırda əraziyə yanğınsöndürənlər cəlb edilib.
Yanğının baş verdiyi Park de Klani küçəsində hərəkət məhdudlaşdırılıb.