ABŞ Türkiyəni açıq şəkildə təhdid etdi: “Dağıdıcı nəticələri olacaq”

Baxış sayı:
15217

ABŞ-ın xarici işlər naziri Pompeo Türkiyənin Rusiyadan S-400 almasının dağıdıcı nəticələri olacağını bildirərək, Türkiyəni açıq şəkildə təhdid edib.
 
Türkiyənin Rusiya ilə əməkdaşlıq etməsini həzm edə bilməyən ABŞ təzyiq göstərməyə çalışır.
ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Robert Palladino etdiyi açıqlamada qeyd edib: "Nazir Pompeo bölgədəki birtərəfli Türk hərbi hərəkatının potensial olaraq dağıdıcı nəticələri olacağına dair xəbərdarlıq edərkən, şimal-şərqi Suriya ilə bağlı davam edən danışıqlara dəstək verdiyini bildirib”.

Bununla yanaşı, Pompeonun "S-400-lərin alınmasından narahat" olduqlarını söylədiyi və Türkiyədə həbsdə olan ABŞ vətəndaşlarının sərbəst buraxılması lazım olduğunu bildirdiyi qeyd edilib.

Müxalifət.az