ABŞ Türkiyəni seçim qarşısında qoydu: S-400, yoxsa NATO?
4-04-2019 08:04
Baxış sayı:
14572
Birləşmiş Ştatlar NATO üzrə müttəfiqlərinin ittifaqın birliyini təhdid edən rəqiblərin silahını əldə etməsinə hərəkətsiz qalmaq dayanmaq niyyətində deyil.
Bu barədə ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyənin Rusiyanın ZRK S-400 raketlərini almasını şərh edərkən özünün "Twitter" səhifəsində yazıb.
"Türkiyə seçim etməlidir. O, tarixin ən müvəffəqiyyətli hərbi ittifaqında əhəmiyyətli partnyor kimi qalmaq istəyirmi, yoxsa belə düşünülməmiş qərarları - hansılar ki, bizim ittifaqımızı pozur - qəbul edərək bu əməkdaşlığın təhlükəsizliyinə risk etmək istəyir", - deyə Pensin mesajında bildirilir.