Ukraynada vəziyyət qarışır: Timoşenko çağırış etdi

Baxış sayı:
6907

Batkivşina Partiyasının lideri, keçmiş baş nazir Yuliya Timoşenko tərəfdarlarına müraciət edərək, bütün gecəni seçki məntəqələrində qalmağa və seçkilərin nəticələrini qorumağa çağırıb.

Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, o, partiyasının bütün üzvlərinə, tərəfdarlarına səslənib:

“Seçki məntəqələrinə gedin və səsvermənin nəticələrini qoruyun. İndi çoxsaylı provokasiya olacaq, prezidentin tərəfdarları tərəfindən güc tətbiq ediləcək və onlar protokolları sıradan çıxarmağa çalışacaqlar. Güclü olun. Bütün gecəni seçki məntəqələrini tərk etməyin”.

Onun sözlərinə görə, gecə yarısından başlayaraq, komandası seçki protokollarının surətini alacaq və paralel sayım aparılacaq.

Timoşenko qeyd edib ki, onların seçki məntəqələrində səsləri qorumaq üçün kifayət qədər adamları var və ona görə də bu müraciəti edir.

Qeyd edək ki, bundan öncə Timoşenko “ekzit-poll” nəticələrini saxta adlandıraraq, onların seçicilərin rəyini ifadə etmədiyini bildirmişdi. Timoşenkonun seçki qərargahından yayılan açıqlamada isə “paralel sayım” aparıldığı və ikinci tura Vladimir Zelenski ilə Timoşenkonun keçdiyi açıqlanmışdı.