Avropa İttifaqından sərt etiraz: “TANIMIRIQ!”
27-03-2019 17:03
Baxış sayı:
10147

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini Avropa İttifaqının İsrailin işğalı altında olan Qolan təpələri üzərindəki suverenliyini tanımadığını bəyan edib.
Mogerini 28 ölkənin adından yazılı açıqlama verərək bildirib: “Avropa İttifaqının Qolan təpələrinin statusu ilə bağlı mövqeyi dəyişməyib”.
Mogerini Avropa İttifaqının beynəlxalq hüquqa və BMT TŞ-nın 242 və 497 saylı qətnamələrinə istinad edərək, İsrailin işğal elədiyi Qolan təpələrini onun ərazisi kimi tanımadığını vurğulayıb.