YPG/PKK-nın Amerikalı batalyon komandiri

Baxış sayı:
9898

 Terror təşkilatı PKK-nın Suriya qolu olan YPG-dən qaçaraq Kilis təhlükəsizlik qüvvələrinə təslim olan terrorçu təşkilatın fəaliyyətləri ilə əcnəbi əsilli terrorçular haqqında etiraflar edib.
 
Kilisin Suriya ilə sərhədində 10 martda təhlükəsizlik qüvvələrinə təslim olan və fəal peşmançılıq qanunundan istifadə etmək üçün ifadə verən terror təşkilatı YPG/PKK mənsubu A.L.-nın ifadəsinin detalları ortaya çıxıb.
A.L. ifadəsində, terror təşkilatı PKK/KCK-nın gənclər qolu olan Vətənpərvər İnqilabçı Gənclər Hərəkatına (YDG-H) 2015-də Diyarbəkirin Sur rayonunda qatıldığını, təşkilatın dağ heyətinə qatılmaq və gənclik quruculuğu ilə bağlı təhsili almaq üçün qeyri-qanuni yollarla öncə Suriyaya, daha sonra da İraqa getdiyini bildirib.
İraqda aldığı ideoloji və hərbi təhsildən sonra terror təşkilatı YPG/PKK bazasında təxminən 4 il Suriyanın müxtəlif bölgələrində fəaliyyət göstərdiyini ifadə edən A.L, peşman olaraq təhlükəsizlik qüvvələrinə təslim olduğunu söyləyib.
A.L, İraqdakı təhsildən sonra Suriyanın Afrin rayonuna göndərildiyini, əvvəl Suriya rejimi, Rus əsgərləri və İranlı Hizbullah üzvləri ilə eyni təyyarədə Dəməşqə getdiyini, sonra Şamdan Rus hərbi yük təyyarəsi ilə Hələbə, oradan da Suriya rejiminə məxsus avtobuslarla Afrinə keçdiyini ifadə edib.
Afrində olduğu dövrlərdə xüsusi təyinatlı qruplara komandanlıq etdiyini, İŞİD və El-Nusra ilə döyüşlərə girdiyini, bir tərəfdən də Azad Suriya Ordusuna (ASO) qarşı vuruşduğunu izah edən terrorçu A.L, “Zeytun Budağı” hərəkatı başlayanda müxtəlif yerlərə dəstək üçün getdiyini, ancaq Ərəb Viran kəndində Türk Silahlı Qüvvələrinin tank atəşiylə qaldığı evin vurulması nəticəsində yaralandığını bildirib.
İfadəsində, təşkilatın planlaşdırdığı aksiyalarla bağlı məlumat verən A.L, bunları qeyd edib:
“Avtomobillərə uzaqdan idarə olunan partlayıcı bağlayaraq əsgər və polisə aid nöqtələrə terror partlayışları keçirməyi planlaşdırırlar. Drone-lara bağlanan kameralarla kəşf aparılır. Model təyyarələrə montaj edilən raket və bombalarla hücum keçirilməsi planlaşdırılır. Afrini geri almaq üçün hazırlıq görürlər. Bunun üçün üç mərhələli bir strategiya düşünülür. Birinci mərhələdə bombalı vasitələrlə hücum və qətllər kimi müxtəlif aksiyalar keçiriləcək. İkinci mərhələdə, ərəbcə bilən təşkilat üzvlərindən 3-4 nəfər ərazidə qalaraq məntəqələrə hücum və yol kəsmə kimi aksiyalar keçirəcək. Üçüncü mərhələdə isə Afrinə hücum edərək geri qaytarmağa çalışılacaq".
 
BEYNƏLMİLƏL BATALYONUN KOMANDİRİ AMERİKALIDIR
 
 Təşkilat içərisindəki "beynəlmiləl batalyonun” komandanlığını "Şervan Amerika" kod adlı bir Amerikalının etdiyini bildirən A.L, həmin batalyonun Britaniya, Fransa, İsrail, Almaniya, Azərbaycan, Avstriya kimi dövlətlərdən üzvləri olduğunu bildirib.
A.L, təşkilat üzvlərinin Suriya rejiminə məxsus hərbi mundirləri geyindiyini dilə gətirərək təşkilatda MLKP terror təşkilatı üzvlərinin də olduğunu, bu döyüşçülərin üzləri qapalı gəzdiyini, Münbiç və Afrində aksiyalara qatıldıqlarını vurğulayıb.
A.L, "HDP və ona bağlı məhəllə dərnəkləri təşkilatla əlaqədar idi. HDP-nin gənclər strukturlarında olan adamlar YDG-liləri yönləndirir və yol bağlama, şüar səsləndirmə kimi aksiyalar keçirdirlər" deyə bildirib.
 A.L, təşkilata drone təhsilini adını "Həkim" olaraq bildikləri İranlı bir təşkilat üzvünün verdiyini bildirərək, "Bəzi drone-larda termal kameralar istifadə edilir. Hücum üçün istifadə edilən drone və bənzəri hava vasitələrinin ortasında iki dənə məngənə var. Bu məngənələrə yerləşdirilən sursatlar zəhərlidir. Kiçik parçası belə insanı öldürə bilər. Bu vasitələr 4-5 kilometr uzağa gedə, 45 dəqiqə havada qala bilir. Bu təlimlər təşkilat daxilində hər kəsə verilir" deyib.
Müxalifət.az