Yeni Zelandiyanın baş naziri niyə hicab geyindiyini açıqladı

Baxış sayı:
9826

Yeni Zelandiyada baş verən məscid hücumlarından sonra qətiyyətli davranışı və birləşdirici mövqeyi ilə təqdir toplayan baş nazir Jacinda Ardern, Müsəlman cəmiyyətin özünü güvəndə hiss etməsini istədiyi üçün hicab taxdığını açıqlayıb.
 
 Avstraliyada yayımlanan “Channel 10”-a bir müsahibə verən baş nazir Ardern, Müsəlman qadınların özlərini təhlükəsiz hiss etmədiklərini, bunun üçün hicab taxdığını deyərək onlara dəstək verdiyini ifadə edib.
Bu barədə demək olar ki, heç tərəddüd etmədiyini deyən Ardern, "Mənim üçün edilməsi lazım olan ən uyğun şey olduğu açıqdır" deyib.
Hicab taxmasının insanlara ümid etdiyindən daha çox təhlükəsizlik hissi verdiyini deyən Ardern, “Müsəlman birliyinə daxil olan qadınların güvəndə hiss etmədiklərini bir anlığına ağlıma gəlmədi. Əgər hicab taxaraq onlara inanclarını yerinə yetirməyə davam etmələri istiqamətində bir güvən vermişəmsə, bunu etdiyimə məmnunam" deyə söyləyib.
 Müsəlman cəmiyyət liderləri ilə tez-tez bir araya gələn, anma mərasimi və cənazələrdə hicab taxan Ardern, hücumlardan sonra parlamentdəki ilk sessiyada da "salamünaleyküm" deyə nitqinə başlamışdı. Ardernin anma mərasimində də qısa sözünə Həzrət Məhəmmədin hədisi ilə başlaması da diqqət çəkmişdi.
Müxalifət.az